İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı türk dövlətləri və xalqları arasında dialoq və əməkdaşlığın gücləndirilməsinin müstəqillik və suverenliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Bağçalı Türk Dövlətləri Təşkilatının oktyabrın 29-30-da Türkiyədə keçiriləcək XIII Zirvə Görüşünü mühüm hadisə kimi qiymətləndirib. O, türk dünyasının birliyinin dost və düşmənlərə nümayiş etdiriləcəyini vurğulayıb.
