Dünya enerji bazarlarında müşahidə olunan son bahalaşma Azərbaycan neftinin qiymətinə də təsir edib. Son hərracların nəticələrinə əsasən, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,38 ABŞ dolları və ya 4,34 faiz artaraq 81,29 ABŞ dollarına yüksəlib. Əvvəlki hərraclarda bu göstərici 77,91 ABŞ dolları səviyyəsində idi.
Eyni zamanda, Ceyhan limanında (FOB) “Azeri Light” nefti 3,3 ABŞ dolları bahalaşaraq 78,36 dollara çatıb. “Brent” markalı neft isə 77,32 ABŞ dolları səviyyəsində ticarət olunub.
Ekspertlərin fikrincə, qiymətlərdə artım əsasən Yaxın Şərqdə davam edən geosiyasi gərginliklərlə bağlıdır.
İlkinxeber.az informasiya agentliyi məlumat verir.
