Gəncə şəhərində evlərdən birində bədbəxt hadisə qeydə alınıb.
Məlumata görə, hamam otağında qızdırıcının partlaması nəticəsində bir nəfər xəsarət alıb.
1996-cı il təvəllüdlü Ayxal Hümbətov müxtəlif dərəcəli bədən xəsarətləri ilə dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
