İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu gün Vətən müharibəsində igidliyi ilə yadda qalan, xalqın yaddaşında “Vətən yaxşıdır” ifası ilə xüsusi yer tutan şəhid hərbi qulluqçu Xudayar Yusifzadənin doğum günüdür.
Xudayar Yusifzadə 15 iyul 1998-ci ildə Bərdə şəhərində anadan olub. O, Azərbaycan Ordusunun sıralarında xidmət edərək 44 günlük Vətən müharibəsində Füzuli, Cəbrayıl və Zəngilan istiqamətlərində gedən döyüşlərdə iştirak edib.
Qəhrəman hərbçi 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd istiqamətində gedən döyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.
Xudayar Yusifzadə göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün onun əziz xatirəsi ehtiramla anılır. Xudayar Yusifzadə kimi qəhrəmanların adı Azərbaycan tarixində əbədi yaşayacaq.
