Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın hadisəsi qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir. ki, qoşqusunda 31 ton dizel yanacağı olan “Mercedes” markalı yük avtomobilinin kabinəsində baş verən yanğın yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində qısa müddətdə söndürülüb. Alovun yanacaq çəninə keçməsinin və daha ağır nəticələrə səbəb olmasının qarşısı alınıb.
Hadisə nəticəsində avtomobilin yalnız kabinə hissəsi yanıb, xəsarət alan olmayıb. Qoşquda yerləşən yanacaq çəni isə yanğından tam mühafizə edilib.
