İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Rusiyada baş verən faciəli hadisə zamanı Azərbaycan vətəndaşı həyatını itirib.
Belə ki, Zaqatala rayonunun Yeni Suvagil kənd sakini, 25 yaşlı Tahirov Emin Zahir oğlu çayda çimərkən ehtiyatsızlıq nəticəsində boğularaq dünyasını dəyişib.
Gəncin meyiti Azərbaycana gətirilərək doğulduğu kənddə torpağa tapşırılıb.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.
