İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan ilə Malayziya arasında qarşılıqlı vizasız rejimin tətbiqi istiqamətində danışıqlar və müvafiq işlər davam etdirilir.
Məlumata görə, tərəflər bu sahədə ikitərəfli sazişin hazırlanması və razılaşdırılması üzərində çalışırlar. Saziş imzalanacağı təqdirdə iki ölkə vətəndaşları üçün səfərlər daha da asanlaşacaq, turizm və işgüzar əlaqələrin genişlənməsi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycan vətəndaşları Malayziyaya qısamüddətli səfərlər üçün vizasız gedə bilirlər.
Gözlənilən yeni razılaşma isə bu rejimin qarşılıqlı və daha geniş formada tətbiqini nəzərdə tutur.
Azərbaycan və Malayziya arasında vizasız rejim gündəmdədir
Şərh edilməmiş
