İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Böyük Britaniya və Fransa arasında əldə olunan tarixi razılaşma çərçivəsində dünyaca məşhur Balyö xalçası (Bayeux Tapestry) hazırlandığı dövrdən bəri ilk dəfə İngiltərədə nümayiş etdirilir.
Təxminən 70 metr uzunluğunda olan XI əsrə aid bu nadir sənət əsəri 2026-cı ilin sentyabrından 2027-ci ilin iyulunadək Britaniya Muzeyində sərgilənəcək.
Tarixi eksponatın nümayişi ilə bağlı təşkil olunan sərgiyə Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Brijit Makron, həmçinin digər yüksək səviyyəli qonaqlar qatılıblar.
1066-cı ildə Normandiya hersoqu Vilhelmin başçılığı ilə İngiltərənin fəthini təsvir edən xalçada həmin dövrün döyüş səhnələri, gəmilər və qalalarla yanaşı, insanların geyimləri, qidaları və məişət əşyaları da əks olunub.
Balyö xalçasının Normandiya sifarişi ilə hazırlandığı, onun hazırlanmasında isə Kenterberi əlyazmalarından istifadə edən ingilis toxucularının iştirak etdiyi ehtimal olunur.
Mütəxəssislər tərəfindən həm qiymətli tarixi mənbə, həm də orta əsrlərdən günümüzə gəlib çatan nadir sənət nümunələrindən biri kimi qiymətləndirilən əsərin İngiltərədə nümayişi xüsusi tarixi əhəmiyyət daşıyır.
1000 illik məşhur xalça İngiltərəyə gətirildi
Şərh edilməmiş
