Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan istiqamətində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə nəticəsində yolda uzun tıxac yaranıb və nəqliyyatın hərəkəti çətinləşib.
İlkin məlumata əsasən, qəzaya 5-dən çox avtomobil cəlb olunub.
Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib, vəziyyət nəzarətə götürülüb.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.
