Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Fridrix Merts ilə birgə mətbuat konfransında çıxışı zamanı bildirib ki, Azərbaycan tərəfindən Ermənistana təchiz edilən benzin və dizel yanacağı bu ölkənin enerji təhlükəsizliyinə ciddi töhfə verir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, dövlət başçısı qeyd edib: “Razılaşmadan dərhal sonra Azərbaycan əməli-praktiki addımlar atdı. Bu gün Ermənistana göndərilən yanacaq məhsulları onların enerji təminatında mühüm rol oynayır. Xüsusilə nəzərə alsaq ki, hazırda neft məhsullarının ixracı və idxalı ilə bağlı müəyyən çətinliklər mövcuddur”.
Prezident əlavə edib ki, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması da genişlənib və indiyədək 40 min tondan artıq yük bu marşrut üzrə daşınıb.
