Tramp BMT-yə İnfantinonu gətirmək istəyir – İDDİA
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ABŞ Prezidenti Donald Trump BMT-nin növbəti baş katibi postunda FIFA prezidenti Gianni Infantinonu görmək istəyir.
Məlumata görə, bu iddia “New York Post” nəşrinin mənbələrinə əsaslanır. Bildirilir ki, 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçirilən futbol üzrə dünya çempionatı zamanı Tramp və İnfantino arasında yaxın münasibətlər formalaşıb. Hətta qeyd olunur ki, FIFA rəhbəri ötən ilin dekabrında Trampa təşkilatın “Sülh Mükafatı”nı təqdim edib.
Mənbələrin sözlərinə görə, Tramp İnfantinonu “insanları bir araya gətirməyi bacaran və geniş hörmət qazanan şəxs” kimi qiymətləndirir.
Bununla belə, bu məsələnin İnfantino ilə rəsmi şəkildə müzakirə olunub-olunmadığı və onun bu vəzifəyə maraq göstərib-göstərmədiyi hələ məlum deyil. Qeyd edək ki, İnfantino daha əvvəl 2027-ci ildə FIFA prezidenti vəzifəsinə yenidən namizəd olacağını açıqlamışdı.
Xatırladaq ki, hazırda BMT-nin baş katibi vəzifəsini António Guterres icra edir və onun səlahiyyət müddəti 31 dekabr 2026-cı ildə başa çatır.
