İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə iyulun 22-si saat 18 radələrində paytaxtın Binəqədi qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, Lerik rayon sakini, 1995-ci il təvəllüdlü F.Qasımovun üzərində hər hansı zorakılıq əlaməti görünməyən meyiti küçədə tapılıb.
Məlumata əsasən, onun tüfeyli həyat tərzi keçirdiyi bildirilir.
Faktla bağlı araşdırmalar davam etdirilir.
