İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, yeni açılan filial 9 əməkdaşdan ibarət heyətlə fəaliyyət göstərəcək. Gün ərzində burada orta hesabla 100-ə yaxın vətəndaşa xidmət göstərilməsi planlaşdırılır.
Qeyd edək ki, İmişli filialının istifadəyə verilməsi ilə ölkə üzrə fəaliyyət göstərən DOST şəbəkəsi daha da genişlənib. Hazırda ölkə üzrə 7 DOST Mərkəzi, 4 DOST filialı və 3 DOST məntəqəsi vətəndaşlara xidmət göstərir.
