Samux rayonunda ölümlə nəticələnən hadisə qeydə alınıb.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, rayonun otlaq ərazilərindən birində Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti tapılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Meyitin müayinəsi və hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar aparılır.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir.
