Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növü üzrə BB vəzifə qrupuna uyğun qəbul imtahanı keçiriləcək.
İlkinxeber.az informasiya agentliyi xəbər verir ki, imtahanda iştirak üçün 1125 namizəd qeydiyyatdan keçib.
Namizədlər müvafiq link vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap etməli və imtahana gələrkən şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər.
İmtahan iki növbədə təşkil olunacaq: birinci növbə saat 10:00-da, ikinci növbə isə saat 16:00-da başlayacaq. Saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaq.
İmtahanların keçirilməsi üçün 12 zal inzibatçısı, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı cəlb olunub.
