By using this site, you agree to the Privacy Policy and Terms of Use.
Accept
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Reading: MedAura” klinikasındakı koma işi üzrə hökm açıqlandı
Share
Notification Show More
Font ResizerAa
Font ResizerAa
İLKİNXƏBƏR.AZİLKİNXƏBƏR.AZ
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
  • Əsas
  • Dünya
  • Hadisə
  • İdman
  • İqtisadiyyat
  • Marağlı
  • Ölkə
  • Əlaqə
Hesabınız var? Daxil ol
İzlə
© 2026 ilkinxeber.az
İLKİNXƏBƏR.AZ > Blog > Hadisə > MedAura” klinikasındakı koma işi üzrə hökm açıqlandı
Hadisə

MedAura” klinikasındakı koma işi üzrə hökm açıqlandı

Lamiyə Turqay
Last updated: İyul 31, 2026 10:49 səhər
By Lamiyə Turqay
2 Min Read
Share
SHARE

Bakıda fəaliyyət göstərən “MedAura” klinikasında rinoplastika əməliyyatı zamanı xəstənin komaya düşməsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində hakim Anar İbadzadənin sədrliyi ilə keçirilən prosesdə lor və estetik cərrah Yaqub Əsədi ilə anestezioloq Cəmilə Əliyeva barəsində hökm elan olunub.

Məhkəmənin qərarına əsasən, hər iki həkim 2 il müddətinə həkim fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrum edilib. Onların cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmələri qərara alınıb.

Proses zamanı dövlət ittihamçısı Yaqub Əsədiyə 5 il, Cəmilə Əliyevaya isə 4 il azadlıqdan məhrumetmə cəzası verilməsini təklif etmişdi. Zərərçəkən tərəf də təqsirləndirilən şəxslərə qanunda nəzərdə tutulan ən ağır cəzanın tətbiqini və mülki iddianın tam təmin olunmasını istəyib.

Məhkəmədə müdafiə tərəfi isə bir-birini məsuliyyətli hesab edib. Anestezioloq Cəmilə Əliyevanın vəkili bildirib ki, cərrah Yaqub Əsədi anesteziya və intubasiya prosesini özü həyata keçirib, nəticədə xəstənin vəziyyəti ağırlaşıb. Yaqub Əsədinin vəkili isə əksinə, xəstənin nəzarətsiz qalmasına görə məsuliyyətin anestezioloqun üzərinə düşdüyünü bildirib.

Mülki iddia qismən təmin olunub. Məhkəmənin qərarına əsasən, əvvəllər ödənilmiş məbləğ nəzərə alınmaqla Yaqub Əsədidən 14 min manat, Cəmilə Əliyevadan isə 61 min manat tutularaq zərərçəkənə ödəniləcək.

Xatırladaq ki, hadisə ötən ilin aprel ayında baş verib. “MedAura” klinikasında rinoplastika əməliyyatı olunan 34 yaşlı Nigar Budaqlı əməliyyatdan sonra komaya düşüb və hazırda yataq xəstəsidir. Onun anasının şikayətindən sonra hadisə ilə bağlı cinayət işi başlanılıb.

İstintaq çərçivəsində hər iki həkimə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdü.

Ağdərədə mina partlayışı baş verib bir nəfər xəsarət alıb
Qaradağda zəncirvari qəza – Lökbatan yolunda sıxlıq yaranıb
Əyləncə faciə ilə nəticələndi Şəkidə iki ölü
Bakıda dəhşətli qətl: ər arvadını boğdu
5-ci mərtəbədən yıxılan azyaşlı ağır xəsarət aldı
Share This Article
Facebook Email Print
Previous Article Mərkəzi Bank faizləri sabit saxladı
Next Article Dövlət qulluğuna qəbul imtahanının vaxtı açıqlandı
Şərh edilməmiş

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Stay Connected

FacebookLike
XFollow
YoutubeSubscribe
TelegramFollow
- Advertisement -
Ad image

Xəbər Lenti

Mingəçevirdə bıçaqlanma hadisəsi ölümlə nəticələnib
Hadisə
Azərbaycanda maliyyə nazirinə yeni müavin təyin edilib
Ölkə
Ərdoğan Ceyhun Bayramovu qəbul edib
Dünya
İlham Əliyev FİFA U15 Dünya Çempionatının finalını izləyir
İdman
Cəlilabadda zəncirvari yol qəzası: Xəsarət alanlar var
Hadisə
Prezident kənd təsərrüfatı sahəsində fərqlənən şəxsləri təltif etdi
Ölkə
Bakı–Balakən–Bakı qatarlarının hərəkəti bərpa edilir
Ölkə
Azərbaycan Dövlət Dəniz Akademiyasına yeni rektor əvəzi təyin edilib
Ölkə
Türkiyədə Azərbaycana qarşı yeni ittihamlar səsləndirilib
Dünya
Azərbaycan qazı 16 ölkəyə ixrac olunur – Əli Əsədov
Dünya
Bakıda 111 ev sökülüb: Yeni dəmir yolu xətti üzrə 4 stansiya tikiləcək
Ölkə
Salyanda məktəb binasına “Molotov kokteyli” atan şəxslər həbs olunub
Hadisə
Vüqar Əhmədov iqtisadiyyat nazirinə müşavir təyin olunub
Ölkə
Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb
Ölkə
Narkotik vasitənin təsiri altında avtobus idarə edən sürücü həbs edilib
Hadisə
//

İlkinxeber.az – 2026-cı ildə təsis olunub, Azərbaycanda və Dünyada baş verən hadisələr barədə operativ məlumat verir.

Təsisçi – İlkin Şakiroğlu

© 2026 İlkinxeber.az-Bütün hüqüqlar qorunur Adı: İLKİN MEHTİYEV ŞAKİR oğlu VÖEN: 8301105282 Məsul redaktor - LAMİYƏ HƏSƏNOVA MƏHƏMMƏD qızı Domen adının sahibi - HAMİD BABAŞOV İBRAHİM OĞLU Ünvan: Cəlilabad rayon, Heydər Əliyev prospekti 321B
Welcome Back!

Sign in to your account

İstifadəçi adı və ya Email
Parol

Parolu unutmusuz?