İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Lerik rayonunda zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yaydığı məlumata görə, yeraltı təkanlar saat 15:31-də qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6, ocağının dərinliyi isə 24 kilometr təşkil edib.
Bildirilib ki, zəlzələ Lənkəran ərazisində də hiss olunub.
