ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində baş vermiş bədbəxt hadisə ölümlə nəticələnib.
Belə ki, şəhər sakini, 1962-ci il təvəllüdlü Şahin Şükürov iyulun 27-də səhər saatlarında yaşadığı binanın 4-cü mərtəbəsindəki mənzilinin pəncərəsindən ehtiyatsızlıq nəticəsində yıxılıb.
Ağır xəsarətlər alan Ş. Şükürov dərhal tibb müəssisəsinə çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, o, avqustun 1-də xəstəxanada vəfat edib.
Hadisənin başvermə səbəbləri ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
