“Nizami” – “28 May” metrostansiyaları arasında əlavə avtobuslar ödənişli olacaq
“İlkinxeber.az” informasiya agentliyi xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədovun sözlərinə görə, “Nizami” və “28 May” metrostansiyaları arasında təşkil ediləcək əlavə avtobus marşrutları ödənişli əsasda fəaliyyət göstərəcək.
Bildirilib ki, sərnişinlərin rahat daşınmasını təmin etmək məqsədilə avtobuslar 2 dəqiqə 30 saniyə interval ilə hərəkət edəcək.
Qeyd edək ki, gələn həftənin sonundan etibarən metronun Qırmızı və Yaşıl xətlərinin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində “Dərnəgül” istiqamətindən hərəkət edən qatarlar yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək və həmin stansiyadan geri qayıdacaq.
