UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Orhus” – “Sabah” qarşılaşmasının start heyətləri açıqlanıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, meydan sahibləri oyuna bu futbolçularla başlayacaq: Kristiansen, Emmeri, Anderson, Ryosler, Arnstad, Knudsen, Tinqaqer, Kal, Boqere, Bek və Yonsson. Komandanın baş məşqçisi Yakop Poulsendir.
“Sabah”ın start heyətində isə 92 nömrəli Stas Pokatilov, 3 nömrəli Stiv Solvet, 5 nömrəli Rəhman Daşdəmirov, 27 nömrəli Timoteuş Puxaç, 80 nömrəli Akim Zedadka, 13 nömrəli İvan Lepinitsa, 7 nömrəli Umarali Raxmonaliyev, 10 nömrəli Aleksey İsayev, 11 nömrəli Kahim Perris, 20 nömrəli Coy-Lens Mikels və 21 nömrəli Velko Simiç yer alıb. Komandaya Valdas Dambrauskas rəhbərlik edir.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena”da keçiriləcək.
