Tərtərdə dəhşətli hadisə: Ahıl ər və arvadın ölümü ilə bağlı şok təfərrüat
Tərtər şəhərində baş vermiş və iki ahıl şəxsin həyatına son qoyan yanğın hadisəsinin qəsdən törədildiyi məlum olub.
ilkinxeber.az informasiya agentliyinin əldə etdiyi məlumata görə, hadisəni rayon sakini, 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev törədib. Bildirilir ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Əsgər Səmədov və həyat yoldaşı, 1954-cü il təvəllüdlü Adilə Hüseynovanın yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə izləri itirmək məqsədilə yaşayış evini yandıraraq hadisə yerindən uzaqlaşıb.
Yanğın nəticəsində 85 yaşlı Əsgər Səmədov və 72 yaşlı Adilə Hüseynova həyatlarını itiriblər.
Mərhumların oğlunun sözlərinə görə, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.
Hüquq mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Vüqar Baxşəliyev saxlanılıb.
Hazırda ahıl ər və arvadın yanğından əvvəl qətlə yetirildiyi, yoxsa tüstü və alovun təsirindən həyatlarını itirdiyi ekspertiza vasitəsilə araşdırılır.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Tərtərdə faciənin dəhşətli səbəbi üzə çıxdı
Şərh edilməmiş
