İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) hazırda işəgötürənlər tərəfindən təqdim olunmuş 65 mindən artıq aktiv vakansiya mövcuddur.
Məlumata görə, qeyd olunan vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
İşsiz və ya işaxtaran şəxslər mövcud vakansiyalara müraciət etmək üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər.
Bu mərkəzlərdə karyera məsləhətçiləri tərəfindən vətəndaşların məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticələrinə əsasən, uyğun vakansiyalar təklif olunur və şəxsin həmin vakansiyalara müraciəti qeydə alınır.
