İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasında yeni qurum – Media və Yayım Şurası təsis edilib.
Bildirilib ki, yeni yaradılan Şura Azərbaycan Respublikası Audiovizual Şurasının hüquqi varisi hesab olunur. Bu çərçivədə əvvəlki qurumun bütün hüquq və öhdəlikləri, eyni zamanda əmlakı Media və Yayım Şurasına ötürülüb.
Qeyd edək ki, Media və Yayım Şurasının işçi heyətinin say həddi 108 ştat vahidi olaraq müəyyənləşdirilib.
Eyni zamanda qərara əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs ləğv edilib. Agentliyin bütün hüquq və öhdəlikləri, eləcə də əmlakı yeni yaradılan Media və Yayım Şurasının balansına verilib.
