Tovuz rayonunda qətl hadisəsi baş verib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb.
Məlumata əsasən, kənd sakini Məlahət İsa qızı İsayeva odlu silahdan açılan atəş nəticəsində həyatını itirib.
Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ilkin araşdırmalar aparılıb. Araşdırma zamanı qətlin qadının qardaşı oğlu Ülvi Azər oğlu İsayev tərəfindən törədildiyi ehtimal olunur.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ü. İsayev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
