İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən daha bir TikTok istifadəçisi polis əməkdaşları tərəfindən saxlanılıb.
27 yaşlı Cavid Abbasov (şərti ad) öz fotosunun üzərinə qeyri-etik və nalayiq ifadələr yazaraq hazırladığı videonu idarəçisi olduğu “Qara qartal” səhifəsində paylaşıb.
Araşdırma zamanı onun bu paylaşımı ilə ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verdiyi müəyyən edilib.
Faktla bağlı C.Abbasov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib olunub.
Saxlanılan şəxs paylaşımı etdiyi zaman sərxoş olduğunu və əməlindən peşman olduğunu bildirib. O, gələcəkdə belə hallara yol verməyəcəyini deyərək məhkəmədən yüngül cəza tətbiq edilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə C.Abbasov 700 manat məbləğində inzibati cərimə olunub.
