İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Bakının Xətai rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən moped sürücüsü saxlanılıb.
23 yaşlı Famil Ağayevin hərəkətləri zamanı həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə yaratdığı müəyyən edilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə F.Ağayevin nəqliyyat vasitələrini idarə etmək hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.
