Sumqayıt şəhərində fəaliyyət göstərən “Qızıl Qaya” kafesində yanğın baş verib.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, hadisə nəticəsində Anar Xanhüseyn oğlu Mirzəliyevin icarəsində olan, ümumi sahəsi 200 kvadratmetr təşkil edən kafe tamamilə yanıb.
Yanğının başvermə səbəbləri araşdırılır.
