İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Balakən rayonunda keçirilən əməliyyat zamanı qarğıdalı sahəsində külli miqdarda narkotik vasitə və narkotik tərkibli bitkilər aşkarlanıb.
Əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyasında şübhəli bilinən, əvvəllər də məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.
Onun qarğıdalı sahəsindən 185 ədəd çətənə kolu və ümumilikdə 21 kiloqram narkotik vasitə aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
