İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Hacıqabul şəhərində qətl hadisəsi baş verib.
Hadisə İsmət Qayıbov küçəsində qeydə alınıb. 2007-ci il təvəllüdlü Zeynəb Qocayeva minik avtomobilində boyun nahiyəsindən bıçaqlanaraq öldürülüb.
Cinayəti törətməkdə şübhəli bilinən mərhumun qardaşı, 1995-ci il təvəllüdlü Cəfər Həsənov könüllü şəkildə polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
