Bakıda ictimai asayişi pozan qadın saxlanılıb.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb.
Belə ki, 42 yaşlı Sevinc Allahverdiyeva (şərti adla) küçədə nalayiq ifadələr işlədərək ətrafdakıların narazılığına səbəb olub. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan qadın hadisə yerindən uzaqlaşmağa cəhd göstərsə də, saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Sevinc Allahverdiyeva dələduzluq maddəsi ilə də axtarışda olub.
Faktla bağlı müvafiq araşdırmalar aparılır.
