Azərbaycanın “Neftçi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İlkinxeber.az informasiya agentliyinin məlumatına görə, Bakı təmsilçisi Serbiyanın TSC klubunda çıxış edən Draqolyub Saviçi transfer edib. 25 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Əsasən sol cinahda oynayan Saviç sağ vinger mövqeyində də çıxış edə bilir. O, sürəti, texniki bacarığı, hər iki ayaqla dəqiq ötürmələri və zərbələri ilə fərqlənir.
