Masazır qəsəbəsində qətl hadisəsi baş verib.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Abşeron rayonunun Masazır qəsəbəsində 48 yaşlı Əlsəfa Rəhimovun kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, mərhumun 43 yaşlı həyat yoldaşı A. Əliyeva saxlanılıb və istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
