İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Prezidentlə görüş zamanı arzusunun traktor olduğunu bildirən Kiçik Qaladərəsi kəndinin azyaşlı sakini Gülərin arzusu gerçəkləşib.
Gülərə arzuladığı traktor hədiyyə olunub. Beləliklə, balaca Gülərin Prezidentlə görüş zamanı dilə gətirdiyi istək reallığa çevrilib.
