Türkiyə, Səudiyyə Ərəbistanı, Misir və Pakistanın xarici işlər nazirlərinin avqustun sonunda İstanbulda dördtərəfli görüş keçirəcəyi gözlənilir.
İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidanla pakistanlı həmkarı İshaq Dar arasında telefon danışığı zamanı bildirilib. İshaq Dar görüşdə iştirak etmək üçün Hakan Fidanın dəvətini qəbul edib.
Görüşdə Yaxın Şərqdə və regionda baş verən son proseslərin, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı avqustun 7-də üçtərəfli müdafiə sazişi imzalayıb.
