Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Rusiyaya qarşı sanksiyaların bu payız daha da sərtləşdirilməsinin vacibliyini bildirib.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Kallas bu barədə “X” sosial media platformasındakı paylaşımında məlumat verib.
O, payız aylarında Moskvaya qarşı yeni və daha sərt məhdudiyyətlərin tətbiqini təklif etdiyini qeyd edib.
Kallas, həmçinin Rusiyanın “kölgə donanması”na qarşı təzyiqlərin artırılmasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, məqsəd Moskvanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi imkanları məhdudlaşdırmaqdır.
