İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, şəhid anası Maya Quliyeva ali məktəbə qəbul olub.
O, göstərdiyi əzmkarlıq və iradə ilə təhsil həyatında yeni mərhələyə qədəm qoyub. Maya Quliyevanın ali məktəbə qəbul olunması həm onun şəxsi uğuru, həm də şəhid ailələrinin təhsilə və inkişafa verdiyi önəmin nümunəsi kimi qiymətləndirilir.
İlkinxeber.az olaraq Maya Quliyevanı bu əlamətdar uğur münasibətilə təbrik edir, təhsil həyatında yeni nailiyyətlər arzulayırıq.
