İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, İsmayıllıda ölümlə nəticələnən ağır yol qəzasının bəzi detalları məlum olub.
Hadisə avqustun 24-də axşam saatlarında Muğanlı–İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində baş verib. Hərəkətdə olan “Toyota Land Cruiser” markalı avtomobil yoldan çıxaraq aşıb.
Qəza nəticəsində avtomobili idarə edən 41 yaşlı Samir Abdullayev aldığı ağır xəsarətlərdən həyatını itirib. Məlumata görə, S.Abdullayev iş adamı olub.
Yaxınlarının sözlərinə görə, o, bu gün İsmayıllı rayonunda yeni restoranının açılışını keçirməyi planlaşdırırmış. Lakin faciəli qəza bu planların reallaşmasına imkan verməyib.
Faktla bağlı araşdırma aparılır.
