İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ağdam rayonunun Səfərli qəsəbəsində ölüm hadisəsi baş verib.
1996-cı il təvəllüdlü Eldəniz Qəmbərov aralarında yaranan mübahisə zamanı qayınatası, 1969-cu il təvəllüdlü Zakir Hüseynovu bıçaqlayaraq öldürüb.
Hadisə ilə bağlı şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Fakt üzrə cinayət işi başlanılıb, hazırda araşdırma aparılır.
