Bağdaddan gətirdikləri qəlyan tütünlərini hava limanında avtomobilə yerləşdirən şəxslər saxlanılıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının keçirdiyi kompleks əməliyyat və nəzarət tədbirləri nəticəsində gömrük qaydaları pozularaq ölkəyə gətirilən qəlyan tütünləri aşkar edilib.
Məlumata görə, Bağdad Bakı aviareysi ilə ölkəyə gələn sərnişinlərin hava limanının ərazisində dayanan minik avtomobilinə müxtəlif bağlamalar yerləşdirərək ərazidən uzaqlaşdıqları müəyyən olunub.
Nəqliyyat vasitəsinə keçirilən gömrük baxışı zamanı xarici ölkələrin hava limanlarında sərnişinlərə paylanaraq şəxsi istifadə adı altında Azərbaycana gətirilən bağlamalardan üzərində Azərbaycan Respublikasına məxsus məcburi nişanlanma olmayan 866 qutu qəlyan tütünü aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparı lır.
