İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Ayrı-ayrı ərazilərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal edilir. Şimal-şərq küləyi əsəcək.
Bakıda gecə temperaturu 17-20°, gündüz 22-25° isti olacaq. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Bölgələrdə də bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə leysan xarakterli intensiv və güclü yağışın yağacağı bildirilir. Şimşək çaxması və dolu düşməsi ehtimalı var. Yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı ərazilərdə arabir güclənəcək.
Bölgələrdə havanın temperaturu gecə 15-19°, gündüz 22-27° isti, dağlıq ərazilərdə isə gecə 3-6°, gündüz 6-10° isti olacaq.
Sabah hava dəyişir: leysan və dolu gözlənilir
Şərh edilməmiş
