DİM qəbul imtahanının tarixini açıqladı, buraxılış vərəqələri əlçatandır
Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün növbəti imtahan mərhələsinin vaxtı müəyyənləşib.
İLKİNxeber.az informasiya agentliyinin məlumatına görə, Dövlət İmtahan Mərkəzi iyulun 12-də I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının keçiriləcəyini açıqlayıb.
Həmin tarixdə III ixtisas qrupunun həm DT, həm də TC altqrupunu seçən abituriyentlər coğrafiya fənni üzrə əlavə imtahanda da iştirak edəcəklər.
Mərkəz bildirib ki, imtahana qatılacaq şəxslər buraxılış vərəqələrini artıq şəxsi kabinetləri vasitəsilə əldə edib çap edə bilərlər.
