İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, ölkə ərazisində fəaliyyəti qadağan olunan onlayn mərc platformalarına qarşı növbəti əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində Məhərrəm Quliyev, Sənan Fərziyev və Hikmət Həsənov saxlanılıb.
Araşdırma zamanı onların “Xbet”, “MostBet” və “Vimpay” platformaları vasitəsilə vətəndaşları qanunsuz mərc oyunlarına cəlb etdikləri müəyyən edilib.
Faktla bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə araşdırmalar davam etdirilir.
