İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Azərbaycan Respublikasının İrandakı səfirliyi və konsulluğu müharibə və silahlı münaqişə şəraitində fəaliyyət göstərən diplomatik nümayəndəliklər kateqoriyasına daxil edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, İran İslam Respublikası Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdiyi müharibə və silahlı münaqişə şəraitində olan ölkələrin siyahısına əlavə edilib.
Qərar 2026-cı il martın 1-dən tətbiq edilir və dekabrın 31-dək qüvvədə olacaq.
