İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 29-da Azərbaycanda hava əsasən yağmursuz keçəcək. Ölkə üzrə temperaturun gündüz saatlarında 32-36 dərəcə isti olacağı gözlənilir.
Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi arabir güclənəcək. Paytaxt və Abşeronda havanın temperaturu gündüz 28-31 dərəcə isti təşkil edəcək.
Rayonlarda havanın əsasən açıq və yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, dağlıq və dağətəyi ərazilərdə gecə və axşam saatlarında bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman müşahidə ediləcək.
