İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç prosesi həyata keçirilib.
Bu mərhələdə daha 15 ailənin kəndə daimi qayıdışı təmin olunub.
Köç edən ailələr indiyədək ölkənin müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşıblar.
Qeyd edək ki, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına qayıdışı davam etdirilir.
