İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Xətai rayonunda yerləşən 8 Noyabr prospektinin müəyyən hissələrində sentyabrın 14-də saat 09:00-dan etibarən təmir işlərinə başlanılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, təmir işləri zamanı nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunması nəzərdə tutulmur.
Sürücülərdən təmir aparılan ərazilərdən keçərkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılan yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
