İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, avqustun 28-də Kəlbəcər rayonunda intensiv leysan yağışı ilə müşayiət olunan dolu yağıb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, rayon mərkəzində saat 14:42–14:55 radələrində diametri 10–12 mm olan dolu qeydə alınıb.
İstisu qəsəbəsi və Alagöllər ərazisində isə saat 15:02–15:16 radələrində diametri 15–20 mm olan daha iri dolu düşüb.
Kəlbəcərə leysan və dolu yağıb
Şərh edilməmiş
