İlkinxeber.az informasiya agentliyi məlumat verir ki, Ziya Həsənova daha əvvəl Ceyrana qarşı törətdiyi əmələ görə polis tərəfindən saxlanılaraq məhkəmə qarşısına çıxarılıb və 10 günlük inzibati həbs cəzası alıb.
Həbsdən azad edildikdən sonra Ceyrana qarşı qəzəbini davam etdirən Ziya onu cəzalandıracağını və ömürlük şikəst edəcəyini bildirib. O, daha sonra Ceyranın işlədiyi gözəllik salonunun qarşısına gələrək qadına qarşı hücum edib.
Hadisədən sonra Ziya Həsənova yenidən polis əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29.120.1-ci maddəsi ilə — qəsdən adam öldürməyə cəhd faktı üzrə cinayət işi başlanıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində işə baxılaraq Ziya Həsənovaya hökm çıxarılıb. Məhkəmənin bir neçə gün əvvəl elan etdiyi hökmə əsasən, o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
