ABŞ ordusunun İranın Hörmüz boğazında yerləşən Lark adasına zərbə endirdiyi bildirilir.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
İlkin məlumata görə, zərbə nəticəsində iki nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi və yaralıların vəziyyəti barədə əlavə məlumat açıqlanmayıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə hücuma cavab veriləcəyini açıqlayıb.
SEPAH-ın bəyanatında Lark adasına hücum nəticəsində hərbçilər və mülki şəxslər arasında ölən və yaralananların olduğu bildirilib. Qurum hücuma cavab veriləcəyini və hücum edən tərəfin cəzalandırılacağını bəyan edib.
Hadisə Hörmüz boğazında ABŞ və İran arasında artan gərginliyin fonunda baş verib.
