Azərbaycanda 17 yaşlı qızın məcburi şəkildə evləndirilməsinin qarşısı alınıb.
ilkinxeber.az informasiya agentliyi xəbər verir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında məlumat yayıb.
Onun sözlərinə görə, qızın sentyabrın 20-də toyunun keçirilməsi planlaşdırılıb. Valideynləri cehiz almaq üçün “Sədərək” Ticarət Mərkəzinə getdikləri vaxt 17 yaşlı qız taksiyə minərək sığınacağa müraciət edib.
Kəmalə Ağazadə bildirib ki, qız taksi sürücüsündən onu sığınacağa aparmasını xahiş edib. Nəticədə qız sığınacağa yerləşdirilib və planlaşdırılan toyun keçirilməsi baş tutmayıb.
Hadisə ilə bağlı aidiyyəti qurumların məlumatlandırıldığı bildirilir.
